“İRŞAD ELEKTRONİKS”DƏN ŞİKAYƏT… “SİZDƏN BİR DƏ MAL ALMARAM, HEÇ KİMƏ DƏ MƏSLƏHƏT GÖRMƏRƏM”

“İRŞAD ELEKTRONİKS”DƏN ŞİKAYƏT… “SİZDƏN BİR DƏ MAL ALMARAM, HEÇ KİMƏ DƏ MƏSLƏHƏT GÖRMƏRƏM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim “İrşad Elektroniks”dəndir. Artıq 1 aydır kompüteri təmirə vermişəm. Hələ də problemi aradan qaldıra bilmirlər.

Tribuninfo.az-a bu barədə Fərid Behbudov bildirob. O qeyd edib ki, zəng edib məlumat istəyir, deyirlər, müqavilədə yazılıb da 2-45 iş gününə qədər çəkə bilər:

“Bir problemi 1 aya həll edə bilməmək də qeyri-peşəkarlıqdır. Sadə bir problem üçün mən niyə 45 iş günü gözləməliyəm?! Bu nə qeyri-peşəkarlıqdır?! Ümumiyyətlə, “İrşad Elektroniks”in təmir xidməti çox aşağı səviyyədədir. Heç kəsə oradan kompüter almağı məsləhət görmürəm. Onlarda da oxşar hal yaranarsa, mənim kimi sürünəcəklər. Siz düşünmürsünüz ki, məhsul ehtiyaca əsasən alınıb, yəqin ki, hər hansı bir iş üçün istifadə olunur. Mən indi 45 iş günü gözləməliyəm ki, siz təmir edib, qaytarasınız. Mən bir də sizdən məhsul almaram, nə də dost-tanışıma sizi məsləhət görmərəm”.