“İrşad Electronics”in başı dərddə… Yenə cərimələnir

“İrşad Electronics”in başı dərddə… Yenə cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə İnzibati Xətalar Məcəlləsini pozduğuna görə cərimələnən “İrşad Electronics”ın indi də gömrük qaydalarını pozduğu məlum olub.

Tribunainfo.az-ın məlumatına görə, “İrşad Electronics” bu dəfə də İXM-nin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“İrşad”la bağlı işə 27 yanvar tarixində Nəsimi rayon Məhkəməsində baxılacaq. İş hakim Babək Pənahovun icraatındadır.

Qeyd edək ki, “İrşad Electronicsin” İdarə Heyətinin sədri Aris Şıxəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar