“İrşad Electronics” Gömrük Komitəsinə qarşı – Məhkəmə işibackend

“İrşad Electronics” Gömrük Komitəsinə qarşı – Məhkəmə işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrşad Electronics”lə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, məişət texnikası satışı ilə məşğul olan MMC yenə İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 493-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“İrşad Electronics”lə bağlı işə 27 iyun tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar