Şikayətim “İrşad Electonics”dəndir. Bu mağza kimi pulgir başqa mağaza yoxdur.
Tribunainfo.az xəbər verir ki, bu barədə Mahmud Cavad Qaramanlı yazıb. O bildirib ki, “İrşad”da müqavilədə qeyd edilməyən ödənişlər, cərimələr tələb edilər:
“”İrşad”a 3 fərqli kredit ödəyirəm. 18, 14,12 manat. Xırdam olmadığına görə 20,15,10 manat ödədim. Mənə zəng ediblər ki, 12 manat ödəməli idin, 2 manat əksik ödəmisən. Günə 50 qəpik cərimə gəlib, 5 manat ödəməlisən. Heç nə demədim, gedib 5 manat ödədim. İndi də qız zəng edib ki, yoxe yenə sizə cərimə gəlib 6 manat ödəyin. Müqavilədə cərimə zad söhbəti də qeyd edilməyib.
Bu nədir, milləti ələ salmaqdır, nədir?! Mən də “İrşad”dan tələb edirəm ki, artıq ödədiyim 3 manata görə günü 50 qəpik hesablayıb geri qaytarsın. Bəsdir millətin cibinə girdiniz. Hələ bunlardan nəsə kreditə götürəndə qabaqcadan müştəriyə 1 manat da ödədirlər, guya kredit verilib verilməyəcəyini müəyyən etmək üçün lazım imiş. Özləri kimi pulgir mağaza yoxdur”.
Qarşı tərəfi dinləməyə hazırıq.