Son iki gündə İranda Zəngəzur dəhlizi məsələsi yenə aktuallaşıb. Tribunainfo.az xəbər verir ki, İran XİN-də Rusiya ilə səfiri görüşdən sonra fəallaşan proses, sonradan SEPAH-a bağlı media vasitəsi ilə daha geniş müzakirəyə çıxarıldı.
Əvvəlcə, “Tasnim” Agentliyi “Rusiyaya xəbərdarlıq: Xəyali dəhliz açılmayacaq” başlıqlı yazı dərc olundu. Həmin yazıda Rusiyaya 7 bənddən ibarət xəbərdarlıq qeyd edilmişdi ki, onların hamısında İranın maraqlarının tapdandığı, dəhlizin geosiyasi vəziyyəti dəyişəcəyini və buna qarşı olduqları vurğulanırdı.
Bunun ardından isə SEPAH-a bağlı ikinci media orqanı boy verməyə başladı. “Kahabarfori” saytı “Zəngəzuru qorumaq çörəkdən daha vacibdir” başlıqlı yazı dərc edərək, lazım olarsa İranın bu bölgəni hərbi vasitələrlə qorumasını təklif etmişdi.
Əslində, bu hadisələr İranda SEPAH-la Pezeşkiyan hökuməti arasında ixtilafın göstəricisi hesab olunmalıdır. Çünki Pezeşkian hökuməti təkcə qonşularla münasibətlərin prioritet olmasını deyil, həm də iri nəqliyyat layihələrin həyata keçirilməsinə tərəfdardır. Indiki iqtidar Azərbaycan üzərindən keçən Şimal-Cənub dəhlizi məsələsinə müsbət yanaşmaqla yanaşı, həm də onun gələcəkdə daha gəlirli olacağını düşünür. Bu yolun Ermənistan üzərindən keçməsinə də etiraz etməyən Tehran hökuməti, sadəcə, bunun əlavə xərc tələb etdiyinin də fərqindədir.
Eyni zamanda, Pezeşkianəın komandası Araz dəhlizi ilə paralel olaraq, Araz dəhlizinin də işləmindən yanadır. Çünki Zəngəzur dəhlizi Naxçıvan üzərindən Ermənistanla dəmiryolu əlaqələrinin qurulması üçün müstəsna rola malikdir.
SEPAH isə heç bir şəkildə bu dəhlizin açılmasında maraqlı deyil. Çünki həmin yol Azərbaycanla Türkiyə arasında birbaşa əlaqəni bərpa etməklə yanaşı, həm də Naxçıvanla birbaşa və maneəsiz əlaqənin qurulması deməkdir. Belə olan halda, Azərbaycana təsir etmək üçün Naxçıvan kartı SEPAH-ınb əlindən çıxmış olur. Ki, general mollalar bunu qəti qəbul etmirlər.
Digər tərəfdən, SEPAH Azərbaycanla Ermənistan arasında gərginliyin qalmasında maraqlıdırlar. Çünki bu münaqişə mövcud olduqca, İranın da bölgəyə bu və ya digər formada təsir imkanları qalır. Həmçinin Azərbaycan və Ermənistanın zəifləməsinə şərait yaranır ki, nəticədə, iki ölkənin İrandan uzaqlaşma, ondan asılı qalma imkanları sıfıra düşür.
Pezeşkian hökuməti ilə SEPAH arasında ixtilafın olması elə bu gün dərc olunan başqa bir yazıdan da məlum olur. Hökumətə bağlı İRNA Agentliyi Zəngəzur dəhlizi ilə bağlı yazdığı yazıda, müəllif Saif Təbrizi qeyd edir ki, bu yol ən mühüm regional və qeyri-regional geosiyasi layihələrdən biri olduğu qədər də, iqtisadi layihədir.
Müəllif bildirir ki, İran birbaşa Ermənistana dəmir yolu çəkə bilməz. Buna səbəb kimi, iki ölkə sərhəddinin yerləşdiyi ərazinin releyfinin dəmiryolu üçün əlverişsiz olmasıdır. Bundan başqa, yazıda İranın Naxçıvan üzərindən Ermənistan dəmiryollarına qoşulması imkanlarının çox olduğunu qeyd edir.
Amma o, Tehranın mümkün qədər ciddi addımlar atmasını da vacib hesab edir. Həmin addımlardan birinin Ermənistan ərazisindən keçən Şimal-Cənub Dəhlizinin quru yolunun tikintisi olduğunu vurğulayır. “İranla Ermənistan arasında mövcud olan yolun heç də münbit şəraiti yoxdur və ona görə də şimal-cənub marşrutu ilə böyük həcmdə yük daşımaq iqtidarında deyil. Digər tərəfdən, Rusiya ilə Ermənistan arasında mövcud yol yalnız İrəvana qədərdir və İrəvandan İran sərhəddinə qədər olan yol tez bir zamanda çəkilməlidir”.
Yazıda vurğulanır ki, Zəngəzur dəhlizi vasitəsi ilə Rusiyadan Türkiyəyə tam dəmir yolu əlaqəsi təmin ediləcək. “İranın da mövcud dəmir yolu marşrutunun işə salınmasına etirazı yoxdur. Lakin Ermənistan və İran üçün önəmli olan Ermənistanın cənubunda yerləşən Sünik rayonundan quru yolun yaradılmasıdır”.
Tribunainfo.az xəbər verir ki, İRNA-nın məqaləsində “Araz dəhlizi Ermənistanın Zəngəzur dəhlizi layihəsində iştirakının tam alternativi deməkdir” fikri xüsusi qeyd edilir. “Nəqliyyat yolları təkcə sol tərəfdə deyil, həm də Araz çayının İran sahilləri boyunca yerləşəcək. Araz çayı üzərindəki giriş-çıxış körpülərindən əlavə, yalnız kiçik bir dəmir yolu hissəsinin tikintisinə ehtiyac var”.
Yekundfa Saif Təbrizi qeyd edir ki, bu layihələrin başa çatdırılması Rusiya və Azərbaycanı Türkiyə və Avropa bazarlarına çıxış yolu ilə tranzit marşrutu ilə təmin edə bilər. “Bu, bir tərəfdən Rusiyanın nəqliyyat ehtiyaclarını ödəməklə, Kremlin Qafqaz regionunda siyasətini İranla uyğunlaşdıra və İran üçün siyasi, iqtisadi, təhlükəsizlik və geosiyasi nəticələri ola biləcək Zəngəzur dəhlizi qalmaqalının qarşısını ala bilər”.
Qeyd edək ki, hökumətə bağlı agentlikdə belə bir yazının dərc olunması onu deməyə əsas verir ki, İranda hökumətlə SEPAH arasında ciddi fikir ayrılıqları var. Və Zəngəzur dəhlizi məsələsində yaranmış bu fikir ayrılığı bir müddətdən sonra toqquşmaya qədər uzana bilər.