İRNA-dan dəyişiklik: “Azəri” sözü çıxarıldı, “Azərbaycan”la əvəzləndi

İRNA-dan dəyişiklik: “Azəri” sözü çıxarıldı, “Azərbaycan”la əvəzləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rejiminin əsas ruporlarından biri olan İRNA Agentliyi bir il öncə rəsmi
səhifəsində Azərbaycan dilində xəbərlər bölməsi yaratmışdı. Tribunainfo.az
xəbər verir ki, bununla bağlı Agentliklə Şuşada keçirilən konfransda razılıq
əldə olunmuşdu.
Lakin İRNA Azərbaycan dilində yayılan xəbərlər bölməsinin adını “AZƏRİ”
kimi qeyd etmişdi. Bu mövzu bir neçə dəfə müzakirəyə səbəb olsa da,
Agentlik onun dəyişdirilməsini reallaşdırmamışdı. Səbəb də bu idi ki,
tarixçilər daxil, əksəriyyət aydın bir şəkildə bildirirdilər ki, azərilərin
Azərbaycan xalqı ilə heç bir əlaqəsi yoxdur. Hətta əksər tarixçilər azərilərin
hazırda İranda, Talış bölgəsinin ucqarlarında yaşayan farsdilli xalq
olduğunu da faktlarla sübut edirdilər. Lakin İran tərəfi yenə də öz
bildiyindən qalmırdı.
Nəhayət, dünən İRNA Agentliyi səhvini düzəldərək, bölmənin adını dəyişib.
Belə ki, İRAN özünün rəsmi səhifəsindəki “azəri” sözünü ləğv edərək, onu
Azərbaycan sözü ilə əvəzləyib.