İrlandiya sərhədi məsələsi “Brexit” danışıqlarını ləngitməkdə davam edir.
İrlandiya sərhədi məsələsi “Brexit” danışıqlarını ləngitməkdə davam edir.
“Brexit”dən sonra Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı sərhəd məsələsinin həllinə dair təkliflərə ölkənin “Demokratik Birlik” (DUP) partiyası razılıq vermir. TİA.AZ xəbər verir ki, Avropa İttifaqı isə bu məsələ həllini tapmamış digər istiqamətlər barədə danışmaq istəmir. Böyük Britaniyanın Baş naziri Tereza Mey isə “Brexit”dən sonra ticarət məsələlərini həll etməyin vacib olduğunu düşünür.
Şimali İrlandiyanın “DUP” partiyası ölkənin sərhəd qanunlarının Birləşmiş Krallıqdan fərqli olmağını istəmir və məsələnin vahid qanunlar çərçivəsində həll edilməsində israrlıdır.