“İrəvanlılar Xankəndidən köçənlərlə məzələnirlər”

“İrəvanlılar Xankəndidən köçənlərlə məzələnirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Past” qəzeti bu ölkədə yaşayan Qarabağdan könüllü köçmüş ermənilərlə yerli sakinlər arasındakı münasibətlərdən yazıb.

Tribunainfo.az xəbər verir ki, İrəvan erməniləri Qarabağdan gələnlərlə məzələnirlər.
Nəşr qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il müharibəsindən sonra ağır məğlubiyyətə uğramaqla yanaşı, növbəti dönəmdə Qarabağın tam itirilməsinə səbəb olub. “Paşinyan həmin dönəmdən sonra büdəcən pul ayıraraq, Qarabağdan köçənlər üçün xərclədi. Sonradan məlum oldu ki, həmin pulun böyük qismi məhz “qarabağlılar”ın başqa şəhərlərə köçürülməsinə sərf olunub”.
“Past” qeyd edir ki, İrəvan erməniləri Qarabağdan gələnlərlə aşkar şəkildə məzələnir, onları aşağılayırlar. “İrəvan camaatı Qarabağdan gələn erməniləri görən kimi onlara istehza ilə “bunlar dənizdən dənizə Ermənistan istəyirlər” deyirlər. Azca səsini çıxaran “qarabağlı” dərhal təhqirə məruz qalır. Onlara “gəlmə”, “tör töküntü” belə deyirlər”.
Erməni qəzeti yekunda bildirib ki, məhz bu münasibətdən dolayı Qarabağdan köçmüş ermənilərin əksəriyyəti Ermənistanı tərk edib.

Fərda Uğur