Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, – Simonyan bildirib.