backend

İrəvanın ümidlərini yox edəcək növbəti – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abxaziya ilə dəmiryolunun bərpası məsələsi birbaşa Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədardır. 

Abxaziya ilə dəmiryolunun bərpası məsələsi birbaşa Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədardır.

TİA.AZ  xəbər verir ki, bunu “İPress” saytına müsahibəsində Gürcüstan Baş nazirinin Rusiya-Gürcüstan münasibətləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib.

O, hazırda bu məsələ ilə bağlı heç bir müzakirənin aparılmadığını bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifəti bir müddət öncə hökuməti Abxaziya dəmiryolunu açmaqda günahlandırıb. Müxalifətin bu iddiasına cavab verən Energetika naziri Kaxa Kaladze Ermənistan Baş naziri Karen Karapetyanla belə bir məsələnin Tiflisdə müzakirə edilmədiyini açıqlayıb.

Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolu artıq 10 ildən çoxdur ki, işləmir. Bu layihə uzun illərdən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putin tərəfindən gündəmə gətirilib. Moskva bu planı reallaşdırmaqla Ermənistanı blokadadan azad etməyi və özünün Gümrüdəki bazası ilə yerüstü əlaqəyə sahib olmağı planlaşdırır. Tiflis isə bu məsələni özünə təhdid sayır. Gürcüstanın iddiasına görə, bu layihənin reallaşdırılması ölkəyə təzyiqləri artıracaq və Moskvanın Tiflisi öz təsir dairəsinə qaytarmaq üçün mühüm imkanları yaranmış olacaq.