“Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarı həmin strukturun işini ciddi şəkildə poza bilməz, lakin bu, strukturun Cənubi Qafqazdakı mövqeyini zəiflədəcək”.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib.
“Mən düşünmürəm ki, İrəvanın belə bir addımı təşkilatın işini ciddi şəkildə poza bilər, çünki o, tam stabildir. Baxmayaraq ki, təbii ki, bu, KTMT-nin Cənubi Qafqazda mövqelərinin zəifləməsi demək olacaq”, – deyə o bildirib.
Qrizlovun sözlərinə görə, əsas sual Ermənistanın bu şərtlər daxilində siyasətini necə quracağı olacaq.