Ermənistanda dövlət çevrilişi planlaşdırmaqda və baş nazir Nikol Paşinyana sui-qəsddə ittiham olunaraq 8 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən birinin İrəvanın keçmiş meri olduğu iddia edilib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti və İstintaq Bürosunun əməkdaşlarının əməliyyatları nəticəsində 7-si “Səlibçilərin Hərbi-Vətənpərvərlik Cəmiyyəti Təşkilatı”nın üzvü olan 8 nəfərin adları açıqlanıb. Ermənistan hökumətinin üzvləri və baş nazir Nikol Paşinyana hücum edib, onların əllərində olan silah və sursatlardan cinayət aləti kimi istifadə edərək hakimiyyəti ələ keçirmək üçün razılığa gəldiyi müəyyən edilib.
Həmin şəxslərin Konstitusiyada nəzərdə tutulmayan şəkildə hakimiyyətin səlahiyyətlərini ələ keçirərək hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqları müəyyən edilib.
Axtarışlar zamanı həmin şəxslərdən rabitə vasitələri, rabitə bloklayıcı qurğular, silah-sursat aşkar edilib.
Sözügedən şəxslər Milli Təhlükəsizlik Xidmətinin və İstintaq Bürosunun əməkdaşları tərəfindən saxlanılıb.
Bu şəxslərdən birinin İrəvanın keçmiş meri və “Könüllü Mühafizəçilər İttifaqı” ictimai təşkilatının keçmiş vitse-prezidenti Albert Bazeyan olduğu və o, Baş nazir Nikol Paşinyana sui-qəsd planlaşdırmaqda ittiham olunur.
Saxlanılan şəxslərlə bağlı istintaqın davam etdirildiyi qeyd edilib.
Azərbaycanın Qarabağdakı əməliyyatından sonra xalq Paşinyan hökumətinin istefasını tələb etmək üçün küçələrə axışıb.