İrəvanın daha hansı ölkələrə torpaq iddiası var?- Keçmiş nazir bilmədən sirri açdı

İrəvanın daha hansı ölkələrə torpaq iddiası var?- Keçmiş nazir bilmədən sirri açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəfər Günü ərəfəsində İctimai TV-nin hazırkı və keçmiş xarici işlər nazirləri ilə hazırladığı Qarabağ danışıqlarına dair proqram Ermənistanda səs-küyə səbəb olub.

Tribunainfo.az xəbər verir ki, səs-küyün başlıca səbəbi həmin verilişdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun “Müharibəni Ermənistan başladıb” açıqlamasıdır.

Dünən bununla bağlı açıqlama verən Ermənistanın keçmiş müdafiə naziri Davit Tanoyan iddia edib ki, guya, müharibəni Azərbaycan başladıb. “Müharibəni Azərbaycan tərəfi törədib. Mənim erməni diasporu qarşısında “yeni hədəflər, yeni torpaqlar” açıqlamam məcazi məna daşıyıb”.

O daha sonra deyib ki, rəsmi Bakı müharibə ərəfəsində bütün imkanlardan istifadə edib. “Onlar ən kiçik detallardan belə öz xeyirlərinə istifadə etdilər”.

Tonoyan həmçinin anklavlar məsələsinə də toxunub. “Anklavların güzəştsiz qaytarılması qəbuledilməzdir. Hərbi nöqteyi-nəzərdən bu, qəbuledilməz variantdır. Xüsusilə Kərki məsələsində”.

P.S. Tonoyanın iddiaları əsassızdır. Çünki Azərbaycan heç bir ölkənin torpağını işğal etməmişdi. İşğalçı Ermənistan idi. Tovuza hücumu da Azərbaycan yox, İrəvan təşkil etmişdi. Keçmiş cəbhə xəttində diversiya və təxribat əməllərini də Tonoyan və onun ağlında olanlar həayata keçirmişdilər.

İkincisi, erməni diasporunun qarşısında “yeni hədəflər, yeni torpaqlar” bəyanatı birbaşa Azərbaycana müharibə elanı idi. Bunun məcazi mənası ola bilməzdi. Əgər varsa, bu o deməkdir ki, Ermənistan həmin dönəmlərdə ya Gürcüstana, ya Türkiyəyə, ya da İrana ərazi iddiası irəli sürüb.

Fərda Uğur