İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun bu gün Azərbaycana rəsmi səfər gəlməsi hər şeydən öncə Ermənistanda ciddi təşvişə səbəb olub. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun bu gün Azərbaycana rəsmi səfər gəlməsi hər şeydən öncə Ermənistanda ciddi təşvişə səbəb olub.
TİA.AZ xəbər verir ki, İrəvan Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıqdan narahatdır.
Xüsusilə səfər öncəsi Rusiya mediasının Mossada istinadən yaydığı informasiya düşmən ölkədə təşviş yaradıb.
Mossaddakı mənbə bildirib ki, Netanyahunun səfəri zamanı Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində əhəmiyyətli razılaşma imzalanacaq. Həmçinin, İsrail Azərbaycana müasir silahlar verəcək.
Bu informasiya sonradan təsdiqlənmədi, lakin Azərbaycan-İsrail arasında hərbi əməkdaşlıq fonunda mümkünsüz görünümr.
Ermənistanın “lragir” saytı yazır ki, Bakıda Azərbaycan və İsrailin hərbi-texniki sahədə ciddi razılaşmalar əldə edəcəyi şübhəsizdir.
“Bu, Ermənistanın ciddi güc qarşısında zəif qalacağı deməkdir. İsrailin Azərbaycanla yaxınlaşması İranın ondan uzaqlaşmasına səbəb ola bilər. Bu Ermənistanın İranla münasibətləri inhisara almasına imkan yarada bilər. Lakin bu “inhisarçılıq” İsrailin Azərbaycanla hərbi əməkdaşlığı fonunda çox zəifdir. Əgər Bakıda iki ölkə hərbi-texniki əlaqələri daha da genişləndirsələr, bu Ermənistana ciddi təhlükə yaradır. Aprel döyüşlərində Azərbaycan ordusunun hərbi-texniki üstünlüyü də İsraillə hərbi əməkdaşlığın bəhrəsi idi”, – deyə sayt yazır.