İRƏVANI “HUMMER”LƏ BİR-BİRİNƏ QATAN ANDRONİK SOQOYAN OLUB? – VİDEO

İRƏVANI “HUMMER”LƏ BİR-BİRİNƏ QATAN ANDRONİK SOQOYAN OLUB? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Ermənistanın paytaxtı İrəvanın əsas meydanında, ölkənin hökumət binasının qarşısında baş vermiş atışma ilə bağlı bəzi məqamlar məlum olub.

Tribunainfo.az xəbər verir ki, hökumət binasının qarşısında səkiyə çıxan “Hummer”i “Zap” ləqəbli avtoritet Andranik Soqoyan idarə edib.
O, sqkan arxasında qara maska ilə əyləşib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, polisin qanuni tələblərinə tabe olmayıb, avtomobili hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar istiqamətində idarə edib.
Xatırladaq ki, Andranik Soqoyan Çexiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O qətldə və reketlikdə ittiham edilir. 2013-cü ildə Praqa ali məhkəməsi erməni kriminal avtoritet Andranik Soqoyan üçün həbs qərarı vermişdi.

A.Soqoyanın İrəvanı bir-birinə qatdığı görüntüləri təqdim edirik: