İranda son zamanlar yaşanan ciddi enerji böhranı ölkə iqtisadiyyatına ciddi şəkildə ziyan vurmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, hökumət bununla bağlı lazımi tədbirlər görmək gücündə olmadığını, ən yaxşı halda isə gələn il üçün hazırlıqları tamamlaya biləcəklərini bildirib.
Qeyd edək ki, yaranmış vəziyyəti fürsət bilən ermənilər isə dərhal təkliflə çıxış ediblər. Belə ki, erməni ekspert Vahe Davtyan deyib ki, İran-Ermənistan arasında elektrik enerjisi tədarükünü 400 MVt-dan 1200 MVt-a çatdırmaq lazımdır. “Bu məqsədlə yeni elektrik ötürücü xəttinin tikintisini təyin etməsi çox vacibdir. Bu gün Azərbaycanın elektrik enerjisi ixracının kəskin azalması (bu ilin yanvar-noyabr aylarında 55%) şəraitində olduğu bir vaxtda Ermənistan üçün regionda özünün enerji rolunu gücləndirmək baxımından yaxşı perspektivlər var”.