ER baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, dekabrda isə Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, qeyri-rəsmi görüşdə (MDB) və Aİİ-nin rəsmi sammitində iştirak edəcək”, – Uşakov bildirib.
Bunun artıq dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Rusiya Federasiyası Prezidentinin köməkçisi belə cavab verdi:
“İrəvandan aydın siqnal aldıq”.