İrəvandakı səfir də silah satışını təkzib etdi: Aramızı vururlar

İrəvandakı səfir də silah satışını təkzib etdi: Aramızı vururlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistandakı səfiri Mehdi Sübhani iki ölkə arasında 500 milyon dollarlıq silah alveri ilə bağlı məlumatları təkzib edib. Tribunainfo.az xəbər verir ki, səfir “Mehr” agentliyinə verdiyi açıqlamasında belə xəbərlərin regionda etimadsızlıq yaratmaq cəhdi daşıdığını deyib.
Sübhani xəbərin mənbəyi olan “İran İnternational” kanalını etibarsız və qərəzli media hesab edib. “Bu cür xəbərləri dərc etməkdə məqsəd İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına mənfi təsir etməkdir. İran Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına, iqtisadi inkişafın tərəfdarıdır”