İrəvandakı aksiyada 142 nəfər saxlanıldı

İrəvandakı aksiyada 142 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda hökumət əleyhinə etiraz aksiyası davam edir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün səhər 09:00-a olan məlumata görə, aksiyada 53 etirazçı saxlanılıb.

Saxlanılanlar polisin qanuni tələblərinə riayət etməmək maddədi ilə polis bölməsinə aparılıb.

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

***

Ermənistan polisinin məlumatına görə, İrəvandakı aksiyada saxlanılanların sayı 142 nəfərə çatıb.