Xəbər verildiyi kimi, ötən gün İrəvanın mərkəzində, Respublika Meydanında Güney Azərbaycandan gəlmiş bir qrup soydaşımız “Can Qarabağ” mahnısını ifa edib. Tribunainfo.az xəbər verir ki, güneyli soydaşlarımızın bu hərəkəti İrandakı bir qrup mollapərəstlərin xətrinə dəyib.
Belə ki, Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun təsisçisi Puya Hüseyni güneylilərin İrəvandakı hərəkətini Azərbaycanla bağlayıb. “Bu pulu götürüb bir neçə İran azərbaycanlısına verirsən ki, İrəvanın mərkəzinə getsinlər, sərxoş olsunlar, rəqs etsinlər, türkcə “Qarabağ” mahnısını diqqəti cəlb edəcək şəkildə oxusunlar, insanlar onların şəklini çəkib yaysınlar. Nəticədə erməni xalqının hissləri incidilsin. Onların İran vətəndaşı olduğu və İrandan gəldiyi üzə çıxanda Ermənistan cəmiyyətində anti-İran əhval-ruhiyyəsi güclənəcək”.
Mollaların əlaltısı onu da deyib ki, o, “iki qonşu və dost dövlət, İran və Ermənistan, iki qardaş xalq arasında münasibətlərə xələl gətirən istənilən cəhdi və sui-qəsdi qətiyyətlə pisləyirəm”.
Hüseyni İran və Ermənistanın təhlükəsizlik orqanlarını əməkdaşlığa çağırıb. “Onları bu cür sui-qəsdlərə qarşı ciddi addımlar atmağa çağırıram”.
İranlı əlaltı onu da deyib ki, guya, bu, Azərbaycanın təbliğat maşınının təşkil etdiyi planlı şou olub. “Bakı rejiminin manipulyasiyalarına boyun əyməmək hər kəsin borcudur. Yaşasın Ermənistan. Yaşasın İran! Yaşasın qəhrəman Artsax xalqı, Yaşasın iki qardaş xalqımız!”