Vaşinqton prosesi ətrafında Ermənistanda ictimai fikir bir çox yerə parçalanıb.
Tribunainfo.az xəbər verir ki, ddünən açıqlanan Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətni əsasən iki qrupun kürkünə birə salıb.
Belə ki, revanşirstlər herç bir şəkildə bu sazişlə razılaşmırlar. Onlar müxtəlif bəhanlər gətirir, əsassız arqumentlər irəli sürürlər. Paralel olaraq separatçılar da onlarla ağız-ağıza verib.
Pan-Ermənistan Diplomatlar Şurası ötən gün açıqlama yayaraq, sazişin Ermənistana qeyri-sabitlik gətirəcəyini iddia edib. “Bu saziş daimi qeyri-sabitliyə və Ermənistanın suverenliyinin davamlı aşınmasına səbəb ola bilər”.
Revanşistlərin nümayəndəsi. keçmiş deputat Arman Babacanyan isə iddia edib ki, Vaşinqtonun sülh sazişi ölkəsinə sülh gətirməyəcək.
Onları dəstəkləyən ekspertlərdən olan Qriqor Balasanyan isə Ermənistanı münaqişə qovşağına çevirəcəyini bildirib. “Ermənistan ərazisi Rusiya, ABŞ və İran silahlı qüvvələrinin birbaşa toqquşacağı körpüyə çevrilir”.
Separatçılar da onlardan geri qalmırlar. Tribunainfo.az xəbər verir ki, qondarma “Qarabağ xalqının müdafiə komitəsi” iddia edib ki, bu saziş qəbul edilə bilməz: “Ermənistan və Azərbaycan arasında sülh Qarabağ ermənilərinin hüquqları tam həyata keçirilmədən mümkün deyil”.
Fərda Uğur