İrəvanda Ruben “sevgisi” fontan vurur: Milyarderin pul verdiyi adam səhnədə

İrəvanda Ruben “sevgisi” fontan vurur: Milyarderin pul verdiyi adam səhnədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan milyarder Ruben Vardanyanın məhkəməsi dövründə Ermənistandakı tərəfdarları hay-küy salmağa başlayıblar. Tribunainfo.az xəbər verir ki, fontan vuran “Vardanyan sevgisi”nə, onun siyasi işlərini həll edən keçşmiş deputat Mane Tandelyan da qoşulub.

Belə ki, o, dünən İrəvanda Vardanyanın azadlığa buraxılması “tələbi” ilə aclıq aksiyasına başladığını bəyan edib. Həmçinin ona Vardan Avaqyan və Artavazd Lalayan adlı daha iki ictimai fəal da qoşulub.

Qeyd edək ki, Tandelyan baş nazir Nikol Paşinyanın tərəfdarlarından biri olub və deputat mandatına da sahiblənib. Lakin sonradan yollarını ayırıblar. İrəvan meri olmaq üçün ciddi cəhdlə çalışan Tandelyanın sonradan Vardanyana “quşu qonub”.  Hətta bir ara o, Ruben üçün İrəvanda partiya yaratmağa belə girişmişdi.

Erməni mediasında dərc olunmuş xəbərlərdən isə məlum olan budur ki, Tandelyan Ruben Vardanyandan bu işlər üçün heç də kiçik olmayan məbləğlər alıb. Hətta keçmiş deputatın xaricdəki hesablaına yüklü miqdarda pul köçürülməsinə dair iddialar da vardı.

Görünən və bilinən odur ki, Ermənistanda Vardanyan “aşiqləri” heç də onu ürəklərinin yanması səbəbindən deyil, puluna görə müdafiə edirlər. Elə Ermənistan müxalifətinin son açıqlamaları da onu deməyə əsas verir ki, iki əsas məqsədləri var. Birincisi, Vardanyanın Ermənistandakı nüfuzundan istifadə edərək, xalq qazanmağa çalışırlar. İkincisi, onun milyardlarının bir qismindən istifadə etməklə, Paşinyanı devirməyi düşünürlər.