İrəvanda “Qarabağ” mahnısını oxuyan soydaşlarımız kimlər olub? – ARAŞDIRMA

İrəvanda “Qarabağ” mahnısını oxuyan soydaşlarımız kimlər olub? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzi meydanında,
Respublika Meydanında bir qrup Güney Azərbaycandan olan turist
“Qarabağ” mahnısını oxuyub. Tribunainfo.az xəbər verir ki, bu hadisə
ermənilər tərəfindən lentə alınaraq, paylaşılıb.
Görüntülərdən belə məlum olur ki, həmin şəxslər ana dilimizdə “Qarabağ”
mahnısını çəkinmədən ifa edirlər.
Qeyd edək ki, bu hadisə Ermənistanda böyük səs-küyə səbəb olub.
İranşünas Vardan Voskanyan bildirib ki, bu, Ermənistanı və erməniləri
təhqir etməkdir.
Sosial şəbəkələrin erməni seqmentində isə yazırlar ki, “Azərbaycan artıq
İrəvanın mərkəzində istədiyini edir”.
Tribunainfo.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki,
İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısını oxuyan Güney
Azərbaycadan olan soydaşlarımız Təbrizdən gəlmiş turistlərdir. Onlar
Təbrizdə həvəskar musiqiçiləri kimi tanınırlar. Əsasən Azərbaycanın qədim
paytaxtında Azərbaycan musqisini və mədəniyyətini təbliğ edirlər. Onlar
əsasən Təbrizin və digər Azərbaycan şəhərlərinin küçələrində kiçik
konsertlər təşkil edirlər.
Onu da bildirək ki, həmin gənclərin İnstagram platformasında bir sıra
konseürtlərinə dair görüntülər mövcddur.