İrəvan merinin andiçmə mərasimi gərgin keçib. Tribunainfo.az bildirir ki, yeni seçilmiş mer Tiqran Avinyan jurnalistlərin niyə mərasimə buraxılmamasına aydınlıq gətirib.
“Əslində canlı yayım verildi və içəridə çəkilən bütün görüntülər təkcə canlı yayımlanmayıb, həm də jurnalistlərə verilib. Bu, sadəcə təşkilati məsələdir. Siz indi Şəhər İcra Hakimiyyətindəsiniz və burada brifinq keçirilir. Bununla belə, meriya jurnalistlərin və digər rəsmilərin görüş yeri deyil”, – Avinyan bildirib.