İrəvanda konstitusiya qovğası

İrəvanda konstitusiya qovğası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda konstitusiyanın dəyişdirilməsi ətrafında müzakirələr davam edir.

Tribunainfo.az xəbər verir ki, 2026-cı il üçün nəzərədə tutulmuş bu planın reallaşmasına müxalifət ciddi etiraz edir.

Belə ki, onlar bunun Azərbaycanın tələbi olduğunu və baş nazir Nikol Paşinyanın məhz Bakının istəyini həyata keçirmək cəhdi adlandırır. Amma o fikirdə olan da var ki, Paşinyanın cəhdi alınmaya da bilər. Ekspert Armen Manvelyan iddia edib ki, Nikol Paşinyan referendum yolu ilə konstitusiyaya dəyişiklik edə bilməz. Onun sözlərinə görə, bunun üçün Konstitusiya Məhkəməsi qərar verməli, parlament isə ratifikasiya etməlidir.

Fərda Uğur