Fevralın 20-də Ermənistanın paytaxtında azərbaycanlı həbs olunub. Tribunainfo.az Shamshyan.com-a istinadən xəbər verir ki, buna səbəb “Kantar” hotelində İran və Hindistan vətəndaşları arasında davanın düşməsi olub.
Belə ki, hotelin foyesində sözləri çəp gələn tərəflər bir birilərinə hücum ediblər. Əraziyə Ermənistan DİN-in İcma Polisinin əməkdaşları gələrək, dava edən İran vətəndaşlarından birini saxlayıblar. Ona qarşı hotel təsərrüfatına ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.
Məlumatda bildirilir ki, saxlanılan şəxs Təbriz şəhərindən olan əslən azərbaycanlı Firudin Radmehrdir.