2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan ötən gün İrəvanda ölüb.
2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan ötən gün İrəvanda ölüb.
A.Sarkisyanın ölümü İrəvandakı seçkiqabağı gərgin vəziyyəti daha da ağırlaşdırıb. Məlumata görə, martın 16-ı axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb.
Daha sonra etirazçılar Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər.
Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Aksiyaya azadlıqdan məhrum edilmiş müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi bildirilir.
Yürüş iştirakçıları ədalətin bərpa olunmasına və təqsirli şəxslərin cəzalandırılmasına çağırıblar. Etirazçılar “Serjik qatil”, “Baş prokuror istefaya” və s. şüarlar səsləndiriblər. Etirazçılar ölkə prezidentinin istefası tələbi ilə fasiləsiz “oturaq” aksiyası keçirməyə qərar veriblər. Onlar İrəvan sakinlərini faciəvi insidentə münasibət bildirmək üçün martın 17-də Azadlıq meydanına toplaşmağa çağırıblar.
Həkimlərin məlumatına görə, ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq həbsdə olan A.Sarkisyan martın 15-də istintaq təcridxanasından ağır vəziyyətdə xəstəxanaya aparılıb və mədəsindən əməliyyat edilib. O, martın 16-da reanimasiya şöbəsində ürək çatışmazlığından ölüb. (APA)