İrəvan uduzdu: Bakı artıq inanır ki… – Alaverdyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel döyüşləri Azərbaycana yeni nəfəs verdi. Bakı inandı ki, bunu təkrarlaya və işğaldakı yeni əraziləri qaytara bilər. 

Aprel döyüşləri Azərbaycana yeni nəfəs verdi. Bakı inandı ki, bunu təkrarlaya və işğaldakı yeni əraziləri qaytara bilər.

TİA.AZ xəbər verir ki, bu fikri Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan səsləndirib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti bu mübarizədə Azərbaycana daha çox verdiyi bəyanatlara məğlub olub:

“Azərbaycanın hər hansı addımının dərhal ağır şəkildə cəzalandıralacağını deyirdilər. Biz bunun baş vermədiyi gördük. Başa düşürük ki, müharibə yalnız silahlı toqquşmalar demək deyil. Bu həm siyasi, həm psixoloji, həm də informasiya müharibəsidir. Demək eyni zamanda həm psixoloji, həm də informasiya müharibəsində itkilər olub. Anlaşılmazdır, bu hadisələr necə baş verdi? Niyə qarşısı alınmadı?” – deyə Larisa Alaverdyan bildirib.