“İndi danışıqlar tam şəkildə olmasa da, onun ayrı-ayrı komponentləri üzrə davam etdiriləcək. Onlar Rusiyanın dəstəyi ilə ilk növbədə regional kommunikasiyalarla bağlı məsələləri həll etməyə çalışırlar. Düşünürəm ki, Ermənistan hakimiyyəti buna rədd cavabı verəcək”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Armen Bağdasaryan deyib.
Onun sözlərinə görə, Ermənistana bu sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə imzalanması lazım deyil. O”, Qərbin vasitəçiliyinə daha çox meyllidir və Rusiyanı regiondan sıxışdırmaq üçün əlindən gələni edir”.
Bağdasaryan hesab edir ki, Ermənistan hakimiyyəti Azərbaycanla birbaşa danışıqlara ona görə can atır ki, Bakının təzyiqləri çoxdur. “Sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Çünki Azərbaycan kobud desək, hər addımda deyir ki, əsas maneə Ermənistan Konstitusiyasıdır. Və bu gün Ermənistan hakimiyyəti 2027-ci ildə Konstitusiyaya dəyişiklik etmək niyyətində olduqlarını açıqlayıb. Ona görə də mən əminəm ki, buna qədər heç bir sənəd imzalanmayacaq”.
Erməni politoloq vurğulayır ki, problem konstitusiyada deyil. “Problem sülh müqaviləsi və ya kapitulyasiyanın imzalanmasındadır. Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etsə, bu o deməkdir ki, sülh sazişi yox, kapitulyasiya aktı imzalanacaq. Buna əsasən də Azərbaycan təzminat tələb edəcək, qaçqınların geri qaytarılmasını tələb edəcək ki, Ermənistan ordusu kiçik və nəzarətdə olsun”.