İrəvan sülh sazişini imzalamasa Bakı hansı addımları atacaq? – POLİTOLOQbackend

İrəvan sülh sazişini imzalamasa Bakı hansı addımları atacaq? – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı politoloq Aleksey Fenenko deyib ki, İrəvan tam sülh sazişi imzalamaq istəməsə, Bakı Ermənistana qarşı daha sərt mövqe tutmağa başlayacaq.

İrəvan tam sülh sazişi imzalamaq istəməsə Bakı hansı addımları ata bilər?

Bu barədə Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, rəsmi İrəvan Bakı ilə razılaşdırmadan sülh müqaviləsinin mətnindən razılaşdırılmamış şərtləri çıxarıb və yalnız bundan sonra müqavilə mətnininin qalan 80% ətrafında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirir.

Politoloqun sözlərinə görə, Azərbaycan prezidenti İ.Əliyevin qeyd etdiyi kimi rəsmi İrəvanın sülh müqaviləsi ətrafında danışıqlara qeyri adekvat, qeyri səmimi münasibətinin göstəricisidir.

“İrəvanın Bakının sülh müqaviləsinin baza prinsipləri ilə bağlı məsələlərə ikili münasibəti, irəli sürülən təkliflərə cavabı nəzərdə tutulan müddət ərzində verməməsi, bilərəkdən danışıqları uzatması və ya ləngitməsi göstərir ki, Paşinyan hakimiyyəti müstəqil qərar qəbul etmək iqtidarında deyil.

O, bütün hallarda Qərbdəki havadarları ilə koordinasiya edilmiş mövqe sərgiləyir, onun üçün çəkilmiş bəlli dairədən kənara çıxmır, danışıqlar ətrafında manipulyasiya məzmunlu gedişlər etməklə sülh danışıqlarını ləngidir.

Rəsmi Bakının Ermənistanın əsas qanununda Azərbaycana ərazi iddiaları ilə bağlı təklifkərinə Ermənistan özünün daxili işi rakursundan yanaşır və referendum yolu ilə bəlli problemin
hüquqi həllinə nə vaxt aydınlığın gətirələcəyi ilə bağlı məsələlərə şərh vermək istəmir. Halbuki sülh müqaviləsinin Ermənistanın əsas qanununda saxlanılacağı təqdirdə onun hüquqi əhəmiyyəti ilə bağlı məsələlər açıq qalır, perspektivdə yeni iqtidarın sülh müqaviləsinin şərtlərindən birtərəfli şəkildə imtina etməyəcəyinə heç bir zəmanət verilmir.
Azərbaycan İrəvanın onun şərtlərinə əməl etmədən sülh müqaviləsinin imzalanması ilə əlaqədar təkliflərinə öz milli təhkükəsizlik maraqları konteksindən yanaşaraq əlbəttə bu şərtləri qəbul etməyəcək.

Digər tərəfdən rəsmi Bakı işğalın ona vurduğu ziyanın ödənilməsi tələbi ilə beynəlxalq məhkəməyə müraciət edə bilər.
Ermınistan tərəfindən şərti sərhədlərin pozulması isə rəsmi Bakıya qarşı tərəflə münasibətləri problemi hərbi güc tətbiq etməklə
bağlı qərar qəbul etməyə sövq edə bilər. Lakin Bakı səbrlə hadisələri izləməli və Ermınistan rəsmən KTMT dən çıxması barədə mövqeyini bildirdikdikdən sonra qərarını verməlidir”.

Dəniz Pənahova