İrəvan separatçıların əmlak və səhmlərini əlindən almağa hazırlaşır

İrəvan separatçıların əmlak və səhmlərini əlindən almağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, vaxtıyla Qarabağda terrorçuluq və separatçılıqla məşğul olan bir qrup erməni antiterror əməliyyatından əvvəl, həm əmlaklarını, həm də taladıqları sərvəti çıxarmağa nail olublar. Bundan başqa, onların Ermənistan ərazisində də bir xeyli mülklərinin olduğu artıq dəqiqləşib.

Tribunainfo.az xəbər verir ki, Ermənistan hökuməti də bununla bağlı bir neçə dəfə rəsmi məlumat yayıb.

Bu günlərdə məlum olub ki, Ermənistan hüquq-mühafizə orqanları Qarabağdan oğurlanmış pul və əmlaklarını müəyyən etmək üçün xeyli müddətdir araşdırma aparıb. Vəkil Roman Yeritsyan bildirib ki, həmin məlumatlara əsasən Ermənistan hökuməti Qarabağdan qaçırılmış bütün qalan əmlakını gizli şəkildə özünküləşdirməyə çalışır. “Buraya “Qarabağ İnvestisiya Fondu”, “Kənd Təsərrüfatı Fondu”, “Qarabağfruit” və digər oxşar şirkətlərin aktivlərinin Ermənistan Respublikasına verilməsinə aiddir”.

“Haykakan Jamanak” qəzetinin araşdırmasına görə, bu “fond”lara məxsus avtomobil, pul və əmlakların ümumi dəyəri orta hesabla bir neçə yüz milyon dollara bərabərdir. Həmin pul və əmlakdan isə separatçılar bu gün də istifadə edirlər.

Fərda Uğur