Paşinyan son zamanlar sülhə zərər vuracaq addımlardan çəkinir, Bakını narazı salacaq ehtimal addımlar ilə bağlı lazımi izahatı verir. Bütün bunlar müsbətdir, lakin Paşinyanın daha real addımlar atması lazımdır. Samvel Şahramanyan və bu qəbildən olan şəxslərin həbs edilməsi vacibdir. Bu, Bakı nəzdində sülhə dəstək verəcək, habelə, etimad mühitini yaxşılaşdıracaq mühüm jest kimi qiymətləndirilə bilər.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Samvel Şahramanyanın bu qədər aktivləşməsi səbəbsiz deyil. Fransa erməni separatizmini “diriltməyə”, separatçıların beynəlxalq informasiya müstəvisinə çıxışını təmin etməyə çalışır:
“Şahramanyan və separatizmin dirildilməsi məsələsi hazırda Paris ilə İrəvan arasında mübahisəli məsələyə çevrilib. Ermənistan maksimum dərəcədə Bakını narazı salacaq və sülh prosesinə mane olacaq məqamlardan yayınmağa çalışır. Fransa isə iki ölkə arasında gedən sülh danışıqlarından məmnun deyil və açıq şəkildə pozuculuqla məşğuldur.
Paşinyan Şahramanyan ilə bağlı ciddi tədbir görərsə, onu həbs edərsə, bu, Paris ilə İrəvan arasında narazılığı artıracaq. İrəvan seçim etməlidir: ya sülh gündəliyinə sadiq qalmalı, ya da Parislə münasibətləri korlamaq bahasına Şahramanyanı həbs etməlidir”.
Nigar