Azərbaycana məxsus mülki təyyarənin Rusiya tərəfindən vurulmasından sonra bir neçə dövlət bu ölkəyə uçuşları təxirə salıb. Tribunainfo.az xəbər verir ki, bir neçə gün əvvəl İstailin “EL AL” aviaşirkəti Rusiyaya uçuşları dayandırmaqla bağlı qərar qəbul edib.
Dünən gecə saatlarında isə “Türkiyə Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Moskva uçuşunu havadaca dayandıraraq, Polşa üzərindən geri dönüş edib. Şirkət hələ bunun səbəbini açıqlamayıb.
Tribunainfo.az bildirir ki, bölgə dövlətlərindən Qazaxıstan və daha bir neçə ölkə də durumu dəyərləndirdiklərini qeyd ediblər. Lakin Ermənistan AZAL-a məxsus təyyarənin vurulması və ölümlə nəticələnən hadisənin onlara təsiri olmadığını bildirib. Bu ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bəyan edib ki, “AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra Ermənistan hakimiyyəti aviaşirkətin Rusiyaya mülki reyslərini ləğv etmək niyyətində deyil”.