Ermənistan Cənubi Qafqazda logistika layihələrindən niyə kənarda qalması məsələsini müzakirəyə çıxarıb. Tribunainfo.az xəbər verir ki, müzakirələrdə əsas mövzu Azərbaycanın bu sahədə ciddi üstünlüklər əldə etməsi göstərilir.
Ekspertlər bildirir ki, Ermənistan Qərbdən heç nə almayaraq ənənəvi müttəfiqləri olan Rusiya və İranla əlaqələrini kəsməklə prosesdən kənarda qalmaqdadır. “Bunun fonunda Azərbaycan qonşu Gürcüstan və İran, Rusiya, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə iqtisadi, enerji və nəqliyyat əlaqələrini dərinləşdirir. Azərbaycan isə Cənubi Qafqazda bütün ciddi iqtisadi və logistik layihələrdən Ermənistanı kənarlaşdırmaq, bununla da İrəvanın həm iqtisadi, həm də hərbi-siyasi potensialını zəiflətmək və mühacirəti təşviq etmək məqsədi daşıyır”.