İrəvan qorxur, dostu yoxdur, Qarabağda isə… – Məlikyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Qarabağ konfliktində çox az şey həll edir. 

Ermənistan Qarabağ konfliktində çox az şey həll edir.

TİA.AZ xəbər verir ki, bunu “Aravot” qəzetinə açıqlamasında erməni ekspert Gevorq Məlikyan söyləyib.

“Konfliktin sükanı istənilən halda Moskvanın əlindədir. Bu sükanı erməni tərəfi subyektiv və obyektiv səbəblər ucbatından könüllü şəkildə Moskvaya verib. Qərb isə buna səssizcə razılıq verdi. Ermənistan yenidən bu sükanı öz nəzarətinə qaytarmalı və suveren dövlət kimi konfliktdə çıxış etməlidir”.

Erməni ekspert bildirib ki, ABŞ üçün ümumilikdə Cənubi Qafqaz heç vaxt prioritet olmayıb: “ABŞ-ın bölgə ilə bağlı siyasəti isə daha çox reaksiya xarakteri daşıyıb. Hətta Azərbaycan və ABŞ-a daim sevgi etirafları edən Gürcüstan belə Vaşinqtonun Cənubi Qafqaz strategiyasını dəyişə bilməyib”.

Məlikyan İrəvanın hazırkı durumunu belə xarakterizə edib:

“Ermənistan özünü siyasi və iqtisadi sosiopat kimi aparır. O demək olar ki, bütün ciddi addımlardan, uzunmüddətli planlardan, qonşulardan, fərqli ideyalardan qorxur. Ermənistan bu gün real dostları yoxdur”.