İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin edilib

İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəfovun namizədliyi irəli sürülüb.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.

Sonra Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib. Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnməni səsləndirib.

Qeyd edilib ki, İrəvan qazılığı hələ ki, QMİ-nin binasında yerləşəcək.

Allahşükür Paşazadə bildirib ki, İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib:

“İrəvan quberniyasında 300-dən artıq məscid, onlarla mədrəsə olub. İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə islam sivilizasiyası yerlə bir edilib. Bu işğal QMİ-nin İrəvan qazılığına da təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edib, o ərazilər indi bərpa edilir, yenidənqurma işləri aparılır. Bütün bunlar İrəvan Qazılığının da işinin yenidən qurulmasını labüd etdi”./apa