İrəvan Qarabağdan köçən ermənilər üçün 400 milyon dollar ayırıb

İrəvan Qarabağdan köçən ermənilər üçün 400 milyon dollar ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Qarabağdan köçmüş ermənilərin mənzil problemini həll etmək üçün 20 milyard dram və ya 52 milyon dollar əlavə pul ayıracaq. Tribunainfo.az xəbər verir ki, bu barədə dünən Ermənistan parlamentində keçirilən büdcə müzakirələri zamanı məlumat verilib.

Bildirilir ki, bununla da proqramın icrasına büdcədən 150 milyon dolar sərf edəcəklər.

Lakin İrəvan hökuməti mənzil məsələsi ilə bağlı alternativ maliyyə mənbəyi də tatpıb. Daha doğrusu, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin mənzil probleminin həlli üçün Asiya İnkişaf Bankından 250 milyon dollar kredit götürüb. Kredit Ermənistana 10 illik güzəştlə, 27 il müddətinə verilib.

Fərda Uğur