backend

“İrəvan “Putin İttifaqı”ndan çıxmasa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya İttifaqından çıxmadan Ermənistanı inkişaf gözləmir. Avrasiya İttifaqından çıxmadan Ermənistanı inkişaf gözləmir.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Azad Demokratlar Partiyasının sədri Stepan Safaryan söyləyib.

“Ermənistan Avrasiya İttifaqında olduğu müddət ərzində nə təhlükəsizlik, nə Qarabağ konfilikti, nə də ki iqtisadi inkişafdan danışmaq olmaz. Avrasiya İttifaqına üzvlük ucbatından Ermənistan İrandan qaz ala bilmir, Gürcüstanla münasibətləri isə zərər görür. Bizə dedilər ki, əgər Avrasiya İttifaqının tərkibinə girməsək, müharibə olacq. Nəticədə biz nə aldıq? Avrasiya İttifaqında bizə deyirlər ki, qul olun və əvəzində heç nə almayacaqsınız. Avropada isə çox şey edin, çox şey qazanın deyirlər. Bizim Avrasiya İttifaqından çıxmaqdan başqa yolumuz yoxdur. Yalnız belə olan halda ölkənin suverenliyini geri qaytarmaq olar”, – o bildirib.