İrəvanda kriminal Ara Vardanyanın oğlu Sarkis Vardanyan növbəti dəfə saxlanıb. Tribunainfo.az məlumat verir ki, bir neçə il əvvəl gənc iki polis əməkdaşının həyatına son qoyan bədbəxt hadisəyə görə 6 il həbs cəzasına məhkum edilsə də, kiçik Vardanyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözü qarşısında yenidən azaddır. “Hraparak” nəşrinin dərc etdiyi videoda Sarkis Vardanyanın gecə həbs olunduğu an əks olunub. Daxili İşlər Nazirliyinin nəşrə verdiyi məlumata görə, Vardanyan və avtomobilin sürücüsü saxlanılıb