İrəvan öz əli ilə özünü təhlükəyə atır – Qaluzin

İrəvan öz əli ilə özünü təhlükəyə atır – Qaluzin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə təəssüflənir.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində deyib.

Diplomat xatırladıb ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır və hərbi-texniki sahədə bir çox ikitərəfli sazişlərin iştirakçısıdır.

Qaluzin sözlərinə görə, onlar Ermənistanın narahatlığını müzakirə etmək əvəzinə, başqa yol seçiblər.
“İndi respublika NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə əməkdaşlığı artırmağa üstünlük verir, xüsusilə NATO standartlarının həyata keçirilməsi, silahların alınması, yaxud birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından”, – Rusiya Federasiyasının xarici işlər nazirinin müavini bildirib.

“Məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla əməkdaşlığı dərinləşdirməklə İrəvan öz təhlükəsizliyinə zərər vurmaqla Cənubi Qafqazdakı vəziyyəti öz əlləri ilə təhlükə altına qoyur”, – Qaluzin bildirib.

O, təklif edib ki, İrəvan bu cür “ehtiyatsız addımlardan” hansı mümkün xərclərin gözlənildiyini başa düşməlidir.