İrəvan müharibəyə sürüklənir” – Arakelyanbackend

İrəvan müharibəyə sürüklənir” – Arakelyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağın ləğvi ilə bağlı fərmanı imzalayan Samvel Şahramanyanın “Yerablur”a gəlməsi orada yatan erməni əsgərlərinə təhqirdir”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Edqar Arakelyan deyib.
Erməni politoloqun sözlərinə görə, Şahramanyanın imzaladığı sənəd hüquqi statusla yanaşı, həm də siyasi statusa malikdir. “O, Qarabağın ləğvi ilə bağlı sənədi şüurlu şəkildə imzalayıb və heç bir bəhanə gətirməsin”.


Arakelyan deyib ki, Şahramanyanın Qarabağdan necə çıxmasını araşdırmaq lazımdır. “Əsas sual budur ki, necə oldu ki, hamı həbs olundu, amma Şahramanyan Rusiya helikopteri ilə Ermənistana gətirildi?”
Onun sözlərinə görə, Qarabağ ermənilərinin geri qaytarılması və beynəlxalq müstəvidə məsələnin qaldırılması ilə bağlı tələbin irəli sürülməsi Ermənistanı birbaşa münaqişəyə cəlb etmək məqsədi daşıyır. “Bu adamlar ermənilərin Qarabağa qayıtması ilə bağlı məsələni qaldırmaqla hələ də nağıllar aləmində yaşadıqlarını göstərirlər”.