“Ermənistanın İrandan gözləntiləri həm çoxdur, həm də çox şişirdilib”. Tribunainfo.az xəbər verir ki, bu sözləri İranın keçmiş deputatı, erməni əsilli Robert Beqlaryan deyib.
O bildirib ki, “Azərbaycan Ermənistana hərbi müdaxilə edərsə, İran da məsələyə qarışacaq” yanaşması səhvdir. “İran yüz faiz müdaxilə edəcək. Amma bu hərbi deyil, diplomatik müdaxilə olacaq. Yəni, İran dinc yolla məsələnin həllinə çalışacaq”.