İrəvanın keçmiş meri Hayk Marutyanın Ağsaqqallar Şurasının iclasında çıxışı üçün reqlamentə görə ayrılmış 5 dəqiqəlik vaxt başa çatdığından çıxışı yarımçıq qalıb.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, “Şuranın çıxışları beş dəqiqəyə planlaşdırılıb”, – deyə İrəvan meri Tiqran Avinyan qeyd edib və Hayk Marutyan cavab verib ki, qaydaları əzbər bilir.
Avinyan qeyd edib ki, Marutyan çıxışında Ağsaqqallar Şurasının iclasında müzakirə olunan mövzuya toxunmalıdır. “Bu, bir nəfərlik şou deyil, bu şura iclasıdır, biz məsələni müzakirə edirik. Gəlin bu mərhələdə buna son verək”, – Avinyan bildirib.
“Çox qəribədir ki, hər bir fraksiyadan birinə 10 dəqiqə danışmağa icazə verilən əvvəlki 10 dəqiqə əvəzinə, birdən 5 dəqiqəyə çevrilməsi qərara alınıb”, – Marutyan qeyd edib.
“Siz qaydaları pozursunuz, lütfən, mikrofonu söndürün… 2-3 iclası buraxıb, 40 dəqiqə gəlib nitq söyləmək olmaz”, – Avinyan bildirib.
Marutyunun mikrofonu söndürüldükdən sonra Milli Tərəqqi fraksiyasının üzvləri Ağsaqqallar Şurasının iclasını boykot ediblər.