Ermənistan Hindistandan aldığı 6 ədəd ATAGS 155mm/52 çaplı artilleriya qurğusunun sınaqlarını başa çatdırıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları Qanadı (IDRW) açıqlama yayıb.
Həmin məlumatda deyilir ki, həmin qurğuların sistemləri sifariş əsasında erməni dilində proqramlaşdırılıb.
Mərkəz onu da bildirib ki, Ermənistan daha 84 ədəd ATAGS qurğusunun tədarükü prosesinə start verib.