Türkiyə Ermənistanla Zəngəzur dəhlizinin açılması şərti ilə münasibətləri inkişaf etdirməyə hazırdır. Tribunainfo.az xəbər verir ki, bu barədə Ankarada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Bir daha vurğulamaq istərdim ki, Ermənistan vədlərini yerinə yetirməyə başlayarsa, biz onunla əlaqələrimizi mərhələli şəkildə inkişaf etdirməyə hazırıq. Söhbət xüsusilə “Zəngəzur dəhlizinin” açılışından gedir”, – deyə o bildirib.
Qeyd edək ki, rəsmi İrəvan da bəyan edir ki, yollar keçdiyi ölkələrin suverenliyi altında olmalıdır.