Ermənistan Azərbaycanın qlobal və regional müstəvidə çəkisinin artmasından nnəinki narahatdır, həm də İrəvanın bu prosesdən kənarda qalmasından ciddi əndişə keçirir.
Tribunainfo.az xəbər verir ki, son zamanlar Azərbaycan-İran-Rusiya üçlüyünün vahid elektrik enerjisi sistemi qurması bu qəbildəndir.
Ekspert Vahe Davtyan deyir ki, İran-Azərbaycan-Rusiya geoenerji oxunun riski Ermənistanın marginallaşması ilə bağlıdır. O qeyd edib ki, bu şəkildə davam edərsə, İrəvan daha çox layihələrdən kənarda qalacaq.
O qeyd edib ki, Moskva-Bakı-Tehran geoenerji oxunu gücləndirən başlıca səbəb onun alternativi olan İran-Ermənistan-Gürcüstan-Rusiya enerji inteqrasiyası layihəsi çərçivəsində heç bir işin görülməməsidir. “Ermənistan bu mövzuya o qədər qeyri-ciddi yanaşdı ki, nəticə indiki şəkil aldı. Bundan sonra həmin səhvi düzəltmək isə mümkün deyil”.
Fərda Uğur