Ermənistanda yeni dəhliz məsələsi gündəmdən düşmür. Ölkənin aparıcı siyasətçiləri Paşinyan hökumətinin bununla bağlı hazırlıq gördüyünü iddia edirlər.
Tribunainfo.az xəbər verir ki, Ermənistanın “Yaşayan ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan hesab edir ki, Ermənistan Azərbaycana Naxçıvana yol verəcək, əvəzində heç nə almayacaq. O vurğulayıb ki, hazırda bütün proseslər buna hesablanıb.