backend

İrəvan Bakıya başqa yol qoymadı – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

25 ildir ki, Dağlıq Qarabağ danışıqlarının heç bir nəticəsi yoxdur. 

25 ildir ki, Dağlıq Qarabağ danışıqlarının heç bir nəticəsi yoxdur.

Bu sözləri TİA.AZ-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, İrəvan əvvəllər danışıqların imitasiyasını aparırdısa, indi buna da son qoyub:

“Təəssüf ki, Minsk Qrupu həmsədləri üzərinə düşən öhdəlikləri yerinə yetirmir və ya yetirmək istəmir. Təcavüzkarı məcbur etmək istiqamətində heç bir addım ata bilməyən Minsk Qrupu əslində, daha çox siyasi bir quruma çevrilib. Avropanın tanınmış siyasi paytaxtlarında görüşlər keçirirlər, ancaq 25 ildir ki, Dağlıq Qarabağ danışıqlarının heç bir nəticəsi yoxdur. Hesab edirəm ki, Qarabağ məsələsi bütün beynəlxalq təşkilatlarda, BMT-də yenidən qaldırılmalı, üstəlik, təcavüzkar Ermənistanı cilovlamaq üçün müvafiq qərarlar qəbul edilməlidir. Bununla bərabər, Azərbaycan müharibə varinatını gündəmdə saxlayır. Çünki İrəvan Bakıya başqa yol qoymur”.