“Azərbaycanın tələb və güzəştlərinə Ermənistandan adekvat reaksiya
yoxdur. Ermənistan hakimiyyəti tələbləri yerinə yetirmək üçün əlindən
gələni edir”. Tribunainfo.az xəbər verir ki, bunu HayaQue” milli vətəndaş
assosiasiyasının üzvü Menua Soqomonyan deyib.
Onun sözlərinə görə, hazırda Cənubi Qafqazda Türkiyə, Rusiya və İran
arasında rəqabət gedir. “Lakin bu proses dayanmayacaq. Və o yeni
mərhələyə keçəcək. Yəni, güclənəcək”.
Soqomonyan hesab edir ki, indiki məqamda nə Rusiya-Türkiyə münaqişəsi,
nə də Rusiya-Türkiyə dostluğu Ermənistana sərfəli deyil. “Əgər münaqişə
olarsa, biz tərəf seçməliyik. Kimin tərəfində dayansaq, ilk zərbə bizə
dəyəcək”.