“Ermənistan COP-29 üçün iqlim konfransında iştirak etmək üçün ilkin şərt qoymalıdır, yəni Azərbaycanda saxlanılan erməni məhbusların qaytarılması”. Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Robert Qevondyan deyib.
Onun fikrincə, əgər Ermənistan COP29-da iştirak edərsə, o zaman Sülh Müqaviləsi məsələsində müəyyən irəliləyiş mümkündür. “Məndə olan məlumata görə, Ermənistan tərəfi hətta Bakıda keçiriləcək COP-29-da da artıq razılaşdırılmış bəndlərlə Sülh Müqaviləsi imzalamağa hazırdır. Təbii ki, Azərbaycan razılaşarsa”.